Səhifənin məzmunu

  • 1x1.az nədir?

    1x1.az saytı ilə biz, cəmiyyətdə olan bazarlama əməliyyatlarında pulunuza qənaət etməkdə sizə kömək etmək istəyirik. Bunun üçün sizə istədiyiniz hər bir şeyi satmaq və ya almaq üçün yardım olan vahid 1x1.az platforması yaratmışıq. Biz, nəisə satmaq istəyən və nəyisə almaq istəyən insanları bir araya gətiririk.

    Bu hər birşey ola bilər: Avtomobil, daşınmaz əmlak, oyun cihazları, foto və video kameralar, ağır texnika və s.

  • Alqı-satqı xidməti təklif edilirmi?

    1x1.az özlüyündə alqı-satqı xidmətləri təklif etmir. Veb səhifə əşyalarını satmaq və lazımi əşyanı kirayə almaq istəyən şəxsləri bir araya gətirmək üçün yaradılmış bir platformadır. Biz əşya sahibi və alıcı arasında olan heç bir əməliyyata müdaxilə etmirik. Bu səbəbdən heç bir halda 1x1.az alqı-satqı razılaşmasının bir hissəsi hesab edilə bilməz.

  • Səhifədən hər kəs istifadə edə bilərmi?

    Bəli! 1x1.az veb səhifəsindən hər kəs istifadə edə bilər.

  • Xidmət haqqı və Komissiya tutulurmu?

    Veb səhifəyə giriş, qeydiyyat, istifadə, elan yerləşdirilməsi və alqı-satqı etmək tamamilə ödənişsizdir.

  • Satış üçün elanlar yerləşdirmək mümkündürmü?

    Satışa aid elan yerləşdirmək qəti qadağandır. Səhifəyə ancaq və ancaq icarə üçün vermək istədiyiniz elanlar yerləşdirilməlidir. Əks halda elanınız dərc olunmayacaq.

  • Hansı kateqoriyalarda elan yerləşdirmək mümkündür?

    Siz kateqoriyalar bölümündə yerləşən - Daşınmaz Əmlak, Nəqliyyat (Avtomobil, Ağır Texnika, Toy Avtomobilləri, Moto), Aksesuarlar, İstirahət və Əyləncə, İdman və Musiqi, Məişət əşyaları, Stolüstü Oyunlar, Toy üçün hər şey, Velosiped, Bəy və Gəlin paltarları, Geyim, Usta alətləri, Oyun Konsolu, Uşaq üçün hər bir şey, Elektronika, Ov alətləri, Kitablar, Film təchizatları və Digər kateqoriyalara uyğun elanınızı ödənişsiz şəkildə yerləşdirə bilərsiniz.

  • ŞİRKƏTLƏR bölümü nədir?

    Şirkətlər bölümünə ancaq 5 və daha çox icarə elanı yerləşdirə biləcək şəxslər və ya şirkətlər elanını yerləşdirə bilər. Bunun üçün ana səhifədə ayrılmış xüsusi bölümdə öz profilinizi görmək istəyirsinizsə şirkətlər adı altında qeydiyyatdan keçin və bütün məlumatları doldurduqdan sonra elanlarınızı yerləşdirin. Sizin profiliniz və elanlarınız administrasiyanın təsdiqindən sonra ana səhifənin şirkətlər bölümündə yerləşdiriləcəkdir.

  • Xallarımı necə artıra bilərəm? və onlar nəyə gərəkdir?

    Xalınızı artırmaq üçün ilk növbədə siz öz profilinizə keçin. Daha sonra profil şəkiliniz altında olan Xalını artır bölümünə keçin.

    Siz xallarınızı artırmaqla, Elanı irəli çəkə və ya Elanı VIP edə bilərsiniz. Bunu üçün aşağıda qeyd edilən tələbləri əməl etməyiniz gərəkdir:

    1. Yuxarıda qeyd olunan referal linki sosial şəbəkədə paylaşmaqla xallarınızı sürətlə artıra bilərsiniz. Sizin qeyd etdiyiniz referal linkiniz vasitəsi ilə hər qeydiyyatdan keçənə görə sizə 2 xal veriləcəkdir.

    2. Hər əlavə edilmiş elana görə sizə 1 xal veriləcəkdir.

    3. Profilinizin aktivliyinə görə administrasiya tərəfindən sizə xallar veriləcəkdir.

Profil

  • Profil nədir və necə yaradılır?

    Siz qeydiyyatdan keçdiyiniz zaman və ya elan yerləşdirdiyiniz zaman avtomatik qeydiyyatdan keçmiş olursunuz və ya Facebook, Twitter, Google+ sosial şəbəkələrinin köməkliyi ilə də daha surətli qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçən kimi avtomatik olaraq profiliniz yaranmış olur. Odur ki, qeydiyyatdan keçdiyiniz məlumatları unutmayın və öz profilinizə daxil olaraq elanlarınızı izləyin. Profilinizə daxil olmaq üçün yuxarıda sağ küncdə olan adınızın üstünə tıklayın.

  • Məktublarım bölümü nədir?

    Siz profilinizin daxilində olan məktublarım bölümü vasitəsi ilə sizə gələn məktubları oxumaq və cavablandırmaq imkanına maliksiniz. Elanınızı görən şəxs sizə məktub formasında da müraciət edə bilər. Odur ki, hər gün profilinizi yoxlamaq və məktublar bölümünə baxmaq sizin üçün daha əlverişli olar.

  • Mənim bildirişlərim nədir?

    Profilinizin daxilində olan mənim bildirişlərim bölümü vasitəsi ilə administrasiya tərəfindən sizə göndəriləcək bildirişləri izləyə bilərsiniz. Bu xalların artırılması ilə bağlı və ya digər məlumatlar ola bilər.

  • Mənim elanlarım bölümü nəyə lazımdır?

    Profilinizin daxilində olan mənim elanlarım bölümü vasitəsi ilə siz yerləşdirdiyiniz hər bir elanınızı görə bilərsiniz. İstədiyiniz elanı pozmaq və ya redaktə edilməsi üçün, administrasiyaya e-mail vasitəsi ilə və ya aşağıda sağ küncdə qeyd edilmiş çat vasitə ilə elanınızın nömrəsini və dəyişikliklər barəsində məlumat yazmağınız gərəkdir.

  • Aldıqlarım bölümü nədir?

    Profilinizin daxilində olan Aldıqlarım bölümü vasitəsi ilə siz aldığınız məhsulları görə bilərsiniz.

  • İstək Listi nədir?

    Profilinizin daxilində olan İstək Listi bölümü vasitəsi ilə siz istək listinə əlavə etdiyiniz elanları görə bilərsiniz. Bunun üçün siz hər hansı bir elanı yadda saxlamaq üçün və gələcəkdə istifadə etmək üçün, elanın daxilinə girərək aşağı sağ tərəfdə yerləşən istək listinə tıklayaraq onu İstək Listinə əlavə edə bilərsiniz.

  • Ayarlar nədir?

    Profilinizin daxilində olan Ayarlar bölümü vasitəsi ilə siz profil məlumatlarını dəyişə və şifrənizi yeniləyə bilərsiniz.

  • Profil şəklini necə dəyişmək olar?

    Profil şəklinizi dəyişmək üçün, profilinizə daxil olduqdan sonra, mausu şəklinin üzərinə gətirdikdə, şəklin altında Şəklini dəyiş yazısı çıxacaqdır. Şəkli dəyiş yazısına tıladıqda yeni şəklinizi əlavə edə bilərsiniz.

Alqı-satqı

  • Kimlər alqı-satqı edə bilər?

    İstənilən şəxs, 1x1.az saytına daxil olaraq istədiyi kateqoriya üzrə məhsul üzrə alqı-satqı edə bilər.

  • Əşyanı necə əldə etmək olar?

    Əşyanı əldə etmək üçün, istənilən kateqoriyaya daxil olub almaq istədiyiniz məhsula daxil olun. Məhsul haqqında məlumatları oxuduqdan sonra qiyməti və yerləşdiyi məsafə (elanın yerləşdiyi ünvanı görmək üçün Xəritədə göstər bölümünə keçə bilərsiniz) sizi qane etdisə o zaman siz elanın sahibinə, yəni satıcıya zəng edib məhsul haqqında daha dəqiq məlumat ala bilərsiniz.

  • Əşyanı alan şəxsin qeydiyyatdan keçməsi mütləqdirmi?

    Əşyanı alan şəxsin qeydiyyatdan keçməsi mütləq deyil. İstənilən şəxs qeydiyyatsız şəkildə istənilən məhsulu ala bilər. Qeydiyyatdan keçmiş şəxslər üçün aldıqları məhsulların öz profilində baxışı və məhsulları reytinqləməsi mümkün olacaqdır. O cümlədən, satıcı tərəfindən göndərilmiş hər hansı bir bildirişi görə bilər.

Elan yerləşdir

  • Elan necə yerləşdirmək olar?

    ELAN YERLƏŞDİR bölümünə keçib, istədiyiniz kateqoriyanı seçin və tam ödənisiz şəkildə elanınızı yerləşdirin. Hər bir kəs istədiyini satmaq üçün elan yerləşdirə bilər. Siz qeydiyyatdan keçərək və ya qeydiyyatsız şəkildə elanınızı yerləşdirə bilərsiniz. Qeydiyyatdan keçmənin üstünlükləri FAQ - ın Profil bölümündə baxa bilərsiniz.

  • ÜMUMİ bölüm nədir?

    ÜMUMİ bölümdə siz elanınızın adını qeyd edərək, elanızın hansı kateqoriyaya aid olduğunu seçin. Bu Velosiped, Usta alətləri, Kitab, Məişət əşyaları, Stolüstü oyunlar, Toy üçün hər şey, İstirahət və Əyləncə, Aksesuarlar, Bəy və Gəlin paltarları, Geyim, İdman və Musiqi, Oyun Konsolu, Elektronika, Ov alətləri, Uşaq üçün hər şey, Film təchizatları və Digər kateqoriyalar ola bilər.

  • NƏQLİYYAT bölümü nədir?

    Əgər siz, nəqliyyata aid elan yerləşdirmək istəyirsinizsə o zaman NƏQLİYYAT bölümünü seçməyiniz gərəkdir. Bu, Avtomobil, Toy üçün maşınlar, Ağır texnika və Moto ola bilər. Elan yerləşdirdiyiniz zaman bütün xanaları tam dəqiqliklə doldurmağınız məsləhət görülür.

  • ƏMLAK bölümü nədir?

    Əgər sizin yerləşdirəcəyiniz elan əmlakla bağlıdırsa o zaman ƏMLAK bölümünə keçin. Burada siz, Yeni tikili mənzil, Köhnə tikili mənzil, Ev, Villa, Bağ, Ofis, obyekt və Xaricdə icarəlik əmlak yerləşdirə bilərsiniz. Xahiş olunur elan yerləşdirdiyiniz zaman bütün xanaları dəqiqliklə doldurun.

  • Ünvan necə seçilir?

    Elanınızı yerləşdirdiyiniz zaman, ən əsas bölümlərdən biri Ünvan bölümüdür. Ünvanınızı tam dəqiqliklə yazmağınız xahiş olur və ya sağ tərəfdə Location ikonu ilə qeyd edilən düyməni tıklayaraq ünvanı xəritədə qeyd edə bilərsiniz. Əgər sizin Kompyuterinizdə, smartfonunuzda və ya planşetinizdə lokasiya açıqdırsa elan yerləşdirdiyiniz ünvan dəqiqliklə avtomatik qeyd ediləcəkdir. O zaman, yerləşdirdiyiniz məhsul qeyd etdiyiniz ünvanda olmasını dəqiq baxınız.

  • Məhsulun qiymətləndirməsi necə aparılır?

    Siz yerləşdirdiyiniz məhsulunuzun qiymətləndirilməsini tam azad olaraq özünüz yaza bilərsiniz. Göstərilmiş - 1 ədədin qiyməti, 10 ədədin qiyməti və 100 ədədin qiyməti- ən azı birini qeyd etməyiniz gərəkir.

  • Şəkilin yerləşdirilməsini necə etməli?

    İlk öncə yerləşdirəcəyiniz şəkil elana uyğun olmalıdır. Məhsulun öz şəkili olması daha uyğundur. Şəkilin minimum sayı bir ədəd maksimum sayı isə beş ədəd olmalıdır. Şəkillər tam aydın çəkilməli və Jpg, Png və Gif formatında olmalıdır. Şəkil əlavə et düyməsinə tıkladıqda və istədiyiniz şəkili axtarıb seçdikdə və ya istədiyiniz şəkili ayırılmış çərçivənin içinə atdıqda şəkil yüklənəcəkdir. Şəkilin formatı düzgün seçilmədikdə şəkil yüklənməyəcəkdir. Şəkilin mövzusu yerləşdirilən elanla uyğun gəlmədikdə, sizin elan administrasiya tərəfindən ləğv ediləcəkdir.

  • Daha geniş göstər bölümündə nələr var?

    Elan yerləşdirdiyiniz zaman, məlumatları daha geniş şəkildə qeyd edilməsini istəyirsinizsə o zaman Daha geniş göstər düyməsinə klikləyə bilərsiniz. Burada siz çatdırılma barədə, YouTube linki (Siz elanınızı videoya çəkərək və ya elanınıza uyğun hazır video taparaq linki qeyd edilən bölümə yerləşdirə bilərsiniz) və elan haqqında digər məlumatlar qeyd edə bilərsiniz.

Təhlükəsizlik

  • Qiymətləndirmə və Reytinq nəyə lazımdır?

    1x1.az hər bir üzvün şəxsiyyətini müəyyən edə bilməz. 1x1.az üzvlər və istifadəçilər üçün “Rəy” və “Qiymətləndirmə” bölməsini yaratmışdır, bunun vasitəsilə əşyanı satan və alanlar bir-birləri haqqında rəy bildirə və qiymətləndirmə apara bilərlər. Bu “Rəy” və “Qiymətləndirmə” gələcəkdə həmin üzvlər haqqında məlumat əldə etmək üçün digər üzv və istifadəçilər tərəfindən istifadə edilə bilər. Bir neçə üzv və istifadəçi tərəfindən mənfi rəy bildirimiş və qiymətləndirilmiş üzv veb səhifə tərəfindən platformadan kənarlaşdırılacaqdır. İstifadəçilər arasında etibarlılığın artırılması üçün digər sistemlər də 1x1.az tərəfindən istifadəsi mümkün vəziyyətə gətirilmişdir (məsələn, facebook, google, twitter və s.).

  • 1x1.az saytı məsuliyyət daşıyırmı?

    1x1.az üzvlər və istifadəçilər arasındakı heç bir əməliyyata müdaxilə etmədiyindən üzvlər və istifadəçilər 1x1.az-ı (həmçinin onun üzvü olduğu şirkətlər qrupunu, korporativ işçilərini) yarana biləcək bütün öhdəliklərdən azad edir. Üzvlər və istifadəçilər arasında yaranmış münaqişə, şikayət, əşyada zədələnmələr, ödənişdə problemlər və digər hər hansı birbaşa və ya birbaşa olmaya öhdəlik üçün 1x1.az heç bir məsuiyyət daşımır.

    Veb səhifədə yerləşdirilmiş hər hansı yalnış, tam olmayan məlumat, tövsiyə və rəy üçün 1x1.az məsuliyyət daşımır. Üzvlər tərəfindən təklif edilən əşya və xidmətlərin keyfiyyətinə görə veb səhifə heç bir məsuliyyət daşımır.

    Veb səhifədən istifadə nəticəsində yaranmış hər hansı maliyyə itkisinə görə 1x1.az məsuliyyət daşımır.

    Veb səhifədən istifadə nəticəsində yaranmış hər hansı birbaşa, birbaşa olmayan və ya digər zərərlər üçün 1x1.az rəhbərliyi, işçiləri, səhmdarları və digər nümayəndələri heç bir məsuliyyət daşımır.

    Veb səhifədə yerləşdirilmiş elanlar, kontentlər və ya digər materiallarda müəllif hüquqlarının, brendin və ya digər əqli mülkiyyət hüquqlarının pozulmasına görə 1x1.az məsuliyyət daşımır. Həmçinin veb səhifəyə yerləşdirilmiş materialların viruslardan (Trojan horses və s.) azad olduğuna 1x1.az heç bir zəmanət vermir.

    Yaranmış hər hansı məlumat, zaman, maddi itkiyə görə 1x1.az heç bir məsuliyyət daşımır.

  • Fırıldaqçılıq halları olduqda?

    Hər hansı üzvün fırıldaqçılıq halları 1x1.az tərəfindən müəyyən edildikdə həmin üzvün hesabı bloklaşdırılır.

  • Üzvün profili hansı hallarda ləğv edilə bilər?

    Aşağıdakı hallarda 1x1.az üzvün hesabını ləğv etmək və ya dayandırmaq hüququna malikdir.

    • 1x1.az İstifadə Qaydaları və ya Şərtləri və ya digər tənzimləmələr pozulduğu halda
    • Elanın originallığı müəyyən edilə bilmədikdə
    • Şəxsi məlumatlar yalnış bildirildikdə
    • Qeyri-qanuni kontentin dərc edilməsi (pornoqrafiya, böhtan, müəllif hüquqları olan şəkillər, ayrı seçkilik əks etdirən dərc, zorakılıq və irqçi paylaşımlar, dini və ya etnik nifrət əks etdirən yayımlar)
    • Mənəvi standartlar pozulduqda
    • İcazə olmadan müəllif hüquqları ilə qorunan əşyaların istifadə, kopya və ya dərc edildikdə
    • Əməkdaşlıq vasitələrindən yalnış məqsədlər üçün (spam və s.) istifadə edildikdə
  • Elanı irəli çəkmək nəyə lazımdır?

    Siz elanınızı irəli çəkdikdə istənilən seçilmiş vaxta görə, elanınızın ön pillələrdə yer alması üçün yenilənməsinə şərait yaradacaqsınız. Bu zaman daha çox izləyici qazanacaqsınız.

  • Ödənişlər necə həyata keçirilir?

    Ödənişlər nağd və ya nağdsız şəkildə tam təhlükəsiz olaraq MilliKart ödəniş portalı tərəfindən həyata keçirilir. Daha ətraflı məlumat almaq üçün https://millikart.az səhifəsinə daxil ola bilərsiniz.

Ödənişlər

  • Ödənişli seçimlər hansıdır?

    1x1.az saytında satış elanı verən şəxs öz elanını irəli çəkmək və ya VIP elanlar sırasında yerləşdirmək üçün 1x1.az saytında qeyd olunan məbləği elektron ödəmə vasitəsi ilə həyata keçirə bilər.

  • VIP elan nədir?

    Siz elanınızı VİP etdikdə xüsusi seçilmiş elanlar sırasında yer alacaqsınız və elanınız avtomatik olaraq ön pilləyə keçəcəkdir. İstədiyiniz müddətdə elanınızı VIP edin və daha çox izləyici qazanın. Bunun üçün elana daxil olun və sağ tərəfdə qeyd edilmiş Elanı VIP et düyməsinə tıklayın və istədiyiniz tarix üzrə elanınızın VIP qalmasını seçin.

Reytinq

  • Reyting nədir və nəyə lazımdır?

    1x1.az hər bir üzvün şəxsiyyətini müəyyən edə bilməz. 1x1.az üzvlər və istifadəçilər üçün “Rəy” və “Qiymətləndirmə” bölməsini yaratmışdır, bunun vasitəsilə əşyanı satan və alanlar bir-birləri haqqında rəy bildirə və qiymətləndirmə apara bilərlər. Bu “Rəy” və “Qiymətləndirmə” gələcəkdə həmin üzvlər haqqında məlumat əldə etmək üçün digər üzv və istifadəçilər tərəfindən istifadə edilə bilər. Bir neçə üzv və istifadəçi tərəfindən mənfi rəy bildirimiş və qiymətləndirilmiş üzv veb səhifə tərəfindən platformadan kənarlaşdırılacaqdır. İstifadəçilər arasında etibarlılığın artırılması üçün digər sistemlər də 1x1.az tərəfindən istifadəsi mümkün vəziyyətə gətirilmişdir (məsələn, facebook, google, twitter və s.).

Xal

  • Xallarımı necə artıra bilərəm? və onlar nəyə gərəkdir?

    Xalınızı artırmaq üçün ilk növbədə siz öz profilinizə keçin. Daha sonra profil şəkiliniz altında olan Xalını artır bölümünə keçin.

    Siz xallarınızı artırmaqla, Elanı irəli çəkə və ya Elanı VIP edə bilərsiniz. Bunu üçün aşağıda qeyd edilən tələbləri əməl etməyiniz gərəkdir:

    1. Yuxarıda qeyd olunan referal linki sosial şəbəkədə paylaşmaqla xallarınızı sürətlə artıra bilərsiniz. Sizin qeyd etdiyiniz referal linkiniz vasitəsi ilə hər qeydiyyatdan keçənə görə sizə 2 xal veriləcəkdir.

    2. Hər əlavə edilmiş elana görə sizə 1 xal veriləcəkdir.

    3. Profilinizin aktivliyinə görə administrasiya tərəfindən sizə xallar veriləcəkdir.

  • Xaldan necə istifadə edə bilərəm?

    Siz kifayət qədər xal yıqdıqdan sonra, elanınızın daxilinə girərək, sağ tərəfdə yerləşən Elanı irəli çək və ya Elanı VIP et düyməsinə tıklayın. Açılan pəncərədən Xal bölümünü seçin və xallarınızı tam ödənişsiz olaraq istifadə edin.

Ünvan və məsafə

  • Elan yerləşdirəndə ünvanı necə qeyd etməli?

    Elanınızı yerləşdirdiyiniz zaman, ən əsas bölümlərdən biri Ünvan bölümüdür. Ünvanınızı tam dəqiqliklə yazmağınız xahiş olur və ya sağ tərəfdə Location ikonu ilə qeyd edilən düyməni tıklayaraq ünvanı xəritədə qeyd edə bilərsiniz. Əgər sizin Kompyuterinizdə, smartfonunuzda və ya planşetinizdə lokasiya açıqdırsa elan yerləşdirdiyiniz ünvan dəqiqliklə avtomatik qeyd ediləcəkdir. O zaman, yerləşdirdiyiniz məhsul qeyd etdiyiniz ünvanda olmasını dəqiq baxınız.

  • Məsafəyə görə yaxın elanları necə bilmək olar?

    Əgər siz hər hansı əşyanı satın almaq istəyirsinizsə və sizə yaxın olan ərazidə elanları görmək istəyirsinizsə, o zaman siz kompyuterinizdə, planşetinizdə və ya smartfonunuzun ayarlarında Lokasiyanı (Location) açmağınız gərəkdir. Hər bir elanın altında, elanın sizə nə qədər yaxın ərazidə yerləşməsini görəcəksiniz.

Əlaqə

  • 1x1.az administrasiyası ilə əlaqəni necə yaratmaq olar?

    Əlaqə üçün məlumatlar aşağıda yerləşdirilmişdir:

    E-mail: info@1x1.az

    Whatsapp: +994 51 777 5 111

    Telefon: +994 51 777 5 111