Haqqımızda

1x1.az saytı ilə biz, cəmiyyətdə olan bazarlama əməliyyatlarında pulunuza qənaət etməkdə sizə kömək etmək istəyirik. Bunun üçün sizə istədiyiniz hər bir şeyi satmaq və ya almaq üçün yardım olan vahid 1x1.az platforması yaratmışıq. Biz, nəisə satmaq istəyən və nəyisə almaq istəyən insanları bir araya gətiririk.

Bu hər birşey ola bilər: Avtomobil, daşınmaz əmlak, oyun cihazları, foto və video kameralar, ağır texnika və s.

www.1X1.az saytı, 21 dekabr 2018 - ci ildə keçirilən MilliNET Milli İnternet Mükafatının Xidət (Servis) nominasiyası üzrə QALİBİ oldu. İlin ən yaxşı servis saytı nominasiyasını qazandı.

İstifadə Etmədiyin Əşyadan Pul Qazan!

Fikir vermisinizmi ki, sizin istifadə etmədiyiniz əşyanın üstünə toz yığılıb və evinizdə artıq yer tutur? Bundan sonra 1x1.az saytının köməkliyi ilə bu baş verməyəcək. İstifadə etmədiyiniz əşyalarınızı 1x1.az -da heç bir ödəniş etmədən sataraq əlavə pul qazanmaq imkanından yararlana bilərsiz. Evinizdə oturaraq, rahat bir şəkildə qazanc əldə edəcəksiniz. Siz qazandığınız təqdirdə, əşyanızı almış şəxslər də puluna qənaət edəcəkdir.

Şirkətlər bizimlə güclənəcək!

Portalın əsas məqsədlərindən biri də mikro, kiçik və orta sahibkarlığa dəstəkdir. Belə ki, siz şirkətinizin satdığı hər bir şeyi 1x1.az veb saytına heç bir ödəniş etmədən yerləşdirə bilərsiniz. Həmçinin portalda mövcud olan Şirkətlər bölməsində qeydiyyatdan keçməklə şirkətiniz üçün şəxsi kabinet də yarada bilərsiniz. Biz sizin elanlarınızı veb səhifəmizin ŞİRKƏTLƏR bölümündə nümayiş etdirməklə sizin işinizdə yardımçı olacayıq.